2017-02-16

Vaterlonun vitse-meri Azərbaycan abidəsinin bu şəhərdə ucaldılmasından böyük fərəh hissi duyduğunu bildirib

Belçikanın fransızdilli “La Capitale” qəzetinin rəsmi internet səhifəsində Prezident İlham Əliyevin Belçikaya səfəri çərçivəsində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət etmək üçün Vaterlo şəhərinə getməsi barədə məqalə verilib.

“Azərbaycan Prezidentinin Vaterloya gözlənilməz səfəri” adlı məqalədə Prezident İlham Əliyevin Belçikaya səfəri, Xan qızı Natəvanın abidəsi barədə oxuculara məlumat verilir. Qeyd olunur ki, abidənin ucaldılması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub.

Yazıda Vaterlo şəhər bələdiyyəsi sədrinin birinci müavini İv Vander Kruysenin Belçikada yeganə Azərbaycan abidəsinin məhz Vaterloda yerləşdiyini böyük fərəh hissi ilə bildirməsi xüsusi vurğulanır.

Arxiv üzrə axtarış