2017-02-05

Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya səfərə gəlib

Brüssel, 5 fevral, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gəlib.

Brüsselin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Avropa İttifaqının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

Arxiv üzrə axtarış