2016-10-18

Lüksemburqda keçirilən görüşlərdə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ilə bağlı görülən işlərdən danışılıb

Lüksemburq, 18 oktyabr, AZƏRTAC

Lüksemburqda gender bərabərliyi siyasəti üzrə nazirlərin III beynəlxalq konfransında iştirak edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bir sıra görüşlər keçirib.

Lüksemburqun Baş naziri Ksavye Bettel, bərabər imkanlar naziri Lidya Mutsç, Almaniyanın ailə, yaşlı insanlar, qadınlar və gənclər naziri Elke Ferner, Norveçin uşaq və bərabərlik naziri Solveig Horne, İsveçin uşaq, yaşlılar və gender bərabərliyi üzrə naziri Asa Regner ilə keçirilən görüşlər zamanı müvafiq sahələrdə həyata keçiriləcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Görüşlərdə komitə sədri ölkəmizdə gender bərabərliyinin, eləcə də ailələrin sosial müdafiəsinin təmin edilməsi kimi məsələləri özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strategiya və fəaliyyət planları haqqında məlumat verib.

Arxiv üzrə axtarış