2016-08-05

Xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizə yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

 

Arxiv üzrə axtarış