2016-07-20
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petiti qəbul edib
Nazir Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Səfir xanım Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov səfir xanım Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.