2015-10-12

Bir sıra Belçika Parlament üzvlərinin Azərbaycan Respublikasına girişinə icazə verilməyəcəkdir

10-12 Sentyabr 2015-ci il tarixində Brüssel paytaxt Region Parlamentinin üzvləri Juli de Qroote, Simone Suskind, Fatumata Sidibe, Herve Doyen, Andre du bu de Varnaffe, həmçinin Belçika Flaman Parlamentinin üzvü Karim Van Overmeyr Azərbaycan Respublikasının icazəsi olmadan onun işğal olunmuş ərazilərinə səfər etmişlər. 

Yuxarıda adıçəkilən Belçika vətəndaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri Azərbaycaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belçikanın Xarici İşlər, Xarici Ticarət və İnkişaf Əməkdaşlığı Nazirliyinin müvafiq səfər xəbərdarlığına qarşı qatı hörmətsizlik və saymazyana münasibət nümayiş etdirilməklə həyata keçirilmişdir.  

Bununla əlaqədar olaraq, Juli de Qroote, Simone Suskind, Fatumata Sidibe, Herve Doyen, Andre du Bus de Varnaffe və Karim Van Overmeyrin Azərbaycana girişinə icazə verilməyəcəkdir.   

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün xarici vətəndaşların Azərbaycan Respublikasının işğal olunmuş əraziləri, o cümlədən Dağlıq Qarabağ və onun ətraf bölgələrinə səfərdən çəkinməyə çağırır.

 

Arxiv üzrə axtarış