2015-05-06

Azərbaycan-Lüksemburq əlaqələrinin inkişafı üçün yaxşı potensial va

Brüssel, 5 may, AZƏRTAC

 

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ilə görüşüb.

Fuad İsgəndərov Azərbaycanın Lüksemburq ilə hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.

M.Di Bartolomeo Azərbaycanda və regionda baş verən hadisələri yaxından izlədiyini söyləyib və mövcud potensialı nəzərə alaraq Lüksemburq ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilə biləcəyinə əminliyini vurğulayıb.

Səfir Lüksemburq parlamenti sədrinin Azərbaycanda və regionda baş verən proseslərlə bağlı suallarına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə Lüksemburq arasında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı, eyni zamanda, ATƏT çərçivəsində mövcud əməkdaşlıq əlaqələri, ölkəmizdə aparılan iqtisadi və siyasi islahatlar barədə fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış