Səfir Fuad İsgəndərov Avropa Kollecininin tələbələri qarşısında çıxış etmişdir
Cari ilin 20 mart tarixində Səfir Fuad İsgəndərov Belçikanın Brügge şəhərində yerləşən və Avropaşünaslıq sahəsində ən tanınmış təhsil ocaqlarından olan Avropa Kollecini ziyarət etmişdir.
Səfir Fuad İsgəndərov Avropa Kollecinin rektoru Yorq Monar və Avropa İttifaqının beynəlxalq əlaqələri və diplomatiya üzrə magistr proqramının direktoru Zieqlinde Qştöhlə görüş keçirmiş və həmsöhbətlərinə Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələr barədə ətraflı məlumat vermişdir. Görüş zamanı Azərbaycanın ali təhsil ocaqları və Avropa Kolleci arasında mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Daha sonra Səfir Fuad İsgəndərov Avropa Kollecinin tələbələri qarşısında Avropa İttifaqı-Azərbaycan əlaqələri və mümkün inkişaf perspektivlərinə dair təqdimatla çıxış etmiş, o cümlədən Azərbaycanın regionda və beynəlxalq müstəvidə oynadığı əhəmiyyətli rola dair müfəssəl məlumat vermişdir.
Təqdimatdan sonra Səfir Fuad İsgəndərov tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.
Brüssel, 21 mart 2015-ci il