2015-05-21

Belçikada azərbaycanlılar icmasının üzvləri və dostları Bakıda baş vermiş ölümcül yanğın qurbanlarını yad etdilər

21.05.2015

 

Bu gün Belçikada azərbaycanlılar icmasının üzvləri və dostları Bakıda baş vermiş ölümcül yanğın qurbanlarını Azərbaycanın Brüsseldəki Səfirliyi qarşısına güllər qoymaqla və şam yandırmaqla yad etdilər. Xatırladaq ki, yanğın bu il 19 May tarixində Bakının Azadlıq prospektində yerləşən yaşayıç binalarının birində baş vermişdir. Nəticədə, 15 nəfər sakin həyatını itirmiş, 54 nəfər müxtəlif dərəcəli isə xəsarətlər almıçdır.

Faciə ilə bağlı dünyanın bir neçə siyasi lideri və ictimai xadimi, o cümlədən Avropa İttifaqı Şurasının sədri Donald Tusk Azərbaycan Presidenti İlham Əliyevə və yanğın qurbanlarının ailə üzvləri və yaxənlarına baş sağlığı vermişlər.

Arxiv üzrə axtarış