2015-09-16

Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Parlamentinin Azərbaycan ilə əlaqədar qəbul etdiyi qətnaməsi barəsində müsahibəsi

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Ferudun Sınıroğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində Avropa Parlamentinin Azərbaycan ilə əlaqədar qəbul etdiyi qətnaməsi barəsində KIV-ə müsahibəsində bildirib:

Bu qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamə Azərbaycan ilə bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür. Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir.  Bu da qəbuledilməzdir.

Belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz.

Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamafobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun. Təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir.

Bildiririk ki, hər hansı bir təsisat Azərbaycan ilə münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaqdır.

Arxiv üzrə axtarış