“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 oktyabr 2025

Brüsseldə "Odinin Kodu" sənədli filminin nümayişi

Brüsseldəki “Flagey” mədəniyyət mərkəzində isveçli rejissor Mikael Silkeberqin Skandinaviya və Azərbaycan mədəniyyətlərinin əlaqələrinə həsr olunmuş “Odinin kodu” sənədli filmi nümayiş etdirilib.

 

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlar, kinosevərlər, tələbələr, Azərbaycan diasporunun nümayəndələri bir araya gəliblər.

 

Səfir Vaqif Sadıqov qeyd edib: “Bu gün nümayiş etdirilən ekran əsəri Odinin qədim simvolizmini əbədi peyzajlar və tarix ilə birləşdirərək bizi Skandinaviya ölkələri və Qafqaz boyunca kinematoqrafiya səyahətinə aparacaq. “Odinin kodu" bizi universal məna axtarışı üzərində düşünməyə dəvət edir. Bu, həmçinin siyasətin gücsüz olduğu yerdə incəsənətin körpülər qura biləcəyini də xatırladır”.

 

“Odinin kodu” Silkeberqin Azərbaycan-İsveç əlaqələri haqqında ikinci filmidir. Rejissorun “Xarıbülbül əfsanəsi” adlı ilk ekran əsəri də iki regionun mədəniyyətlərinin kəsişməsinə həsr olunub.

 

Filmin nümayişi sürəkli alqışlarla başa çatıb, tamaşaçılar isə rejissorla ünsiyyət qura biliblər. Silkeberqin sözlərinə görə, başqa mədəniyyətin öyrənilməsi öz köklərini dərindən başa düşməyə kömək edir və xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti