“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
Konsulluq xidməti və viza
Konsulluq xidməti və viza
Konsulluq xidməti və viza
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa bərpa haqqında vəsatəti rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;

  2. 5 ədəd 3x4 sm fotoşəkil;

  3. şəxsiyyəti təsdiq edən sənədin surəti;

  4. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;

  5. Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);

  6. ailə tərkibi haqqında arayış;

  7. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);

  8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.1-ci maddəsinə əsasən, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.

  9. Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün tələb olunan bütün sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Diqqət! Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.



Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti