“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2025

"Azərbaycan: Yeni Turizm Istiqaməti" adlı xüsusi təqdimat tədbiri

Brüsseldə keçirilən Qlobal Turizm Forumunun çərçivəsində baş tutan "World Tourism Awards 2025" mükafatlandırma mərasimində Azərbaycanın “Ən Yaxşı Qastronomiya Məkanı” kimi tanınmasından sonra ölkəmiz yenidən diqqət mərkəzinə çevrildi.

 

Bu münasibətlə  Azərbaycan Respublikasının Səfirliyi tərəfindən “Azərbaycan: Yeni Turizm İstiqaməti” adlı xüsusi təqdimat tədbiri təşkil olunub.

 

Tədbirdə çıxış edən səfir Vaqif Sadiqov qonaqları salamlayaraq Azərbaycanın zəngin mədəni irsini, qastronomiya ənənələrini və turizm potensialını vurğulayıb. O, Azərbaycanın Şərqlə Qərbi birləşdirən, dinamik və çoxşaxəli turizm mərkəzinə çevrildiyini qeyd edib.

 

Azərbaycanın bu uğuru ölkəmizin qonaqpərvərliyinin, mədəni müxtəlifliyinin və zəngin mətbəxinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti