“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 noyabr 2025

Lüksemburq Beynəlxalq Bazarında Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyilə 21-23 noyabr tarixlərində Lüksemburqda keçirilən "Lüksemburq Beynəlxalq Bazarı"nda Azərbaycan stendi "LuxAz" Azərbaycan Lüksemburq Dostluq Assosiasiyası tərəfindən uğurla təqdim edilmiş, ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Artıq 15 ildir ki ardıcıl olaraq Azərbaycan bu nüfuzlu xeyriyyə yarmarkasında təmsil olunur və ölkəmizin mədəni irsinin, kulinariyasının və milli dəyərlərinin tanıdılmasına mühüm töhfə verir.

Ümumilikdə 40 min nəfərə yaxın ziyarətçinin qatıldığı, 63 stendin iştirak etdiyi tədbirdə Lüksemburqun Xarici İşlər naziri Xavier Bettel Azərbaycan stendini ziyarət etmiş, ona stenddə təqdim edilən məhsullar, mədəni nümunələr , Azərbaycan diasporunun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Builki tədbiri əlamətdar edən məqamlardan biri də Azərbaycan stendinin rəhbəri Seymur Əhmədovun bu ildən etibarən ilk dəfə olaraq Beynəlxalq Bazarın Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilməsi olmuşdur. Bu da öz növbəsində əvvəlki illərdən fərqli olaraq Azərbaycan təmsilçiliyinin təşkilati səviyyədə daha da güclənməsinə səbəb olmuşdur.


Azərbaycan stendinin uğurlu təşkilində dövlət qurumları ilə yanaşı Silkway Kargo,Savalan,Ravira, AzGranata, Zira Naturals və Azersun Holding kimi şirkətlərin də dəstəyi xüsusi rol oynamışdır

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti