“Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı”
Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi 2025–2026-cı tədris ili üçün “Heydər Əliyev - Beynəlxalq Təhsil Qrantı Proqramı”nı elan etməkdən məmnunluq duyur.
Bu proqram müasir Azərbaycanın qurucusu, parlaq siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında göstərdiyi misilsiz rola həsr olunmuşdur. Qrant proqramı əcnəbi vətəndaşların Azərbaycanın ali təhsil müəssisələrində təhsil almalarını dəstəkləmək məqsədilə təsis edilmişdir.
Qrantın müddəti
Qrant hər il olmaqla, 2024–2025-ci tədris ilindən etibarən 5 il müddətinə təqdim ediləcək.
Qrantların sayı
Hər il 100 təhsil qrantı ayrılacaq.
Uyğun ölkələr
-
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr
-
Qoşulmama Hərəkatına üzv ölkələr
-
Kiçik Ada İnkişaf Etməkdə Olan Ölkələr
-
Azərbaycanla ortaq mədəni, etnik və tarixi bağlılığı olan ölkələr
Uyğun təhsil səviyyələri
-
Bakalavriat proqramı
-
Ümumi tibb proqramı
-
Magistratura proqramı
-
Tibb rezidenturası proqramı
-
Doktorantura (PhD) proqramı
Qrantın əhatə dairəsi
“Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı” çərçivəsində seçilmiş şəxslərə aşağıdakı dəstək göstəriləcək:
-
Təhsil haqqı
-
Beynəlxalq uçuş biletləri
-
Aylıq təqaüd
-
Tibbi sığorta
-
Viza və qeydiyyat xərcləri
Ətraflı məlumat üçün bu linkə daxil olun:
https://studyinazerbaijan.edu.az/financial-support