Brüsseldə ''The Colors of Azerbaijan: Land of Muliculturalism'' adlı sərgi
23 aprel tarixində Cercle Royal Gaulois-da azərbaycanlı fotoqraf Etibar Cəfərovun sərgisi keçirildi.
“Azərbaycanın rəngləri: Multikulturalizm məkanı” adlı sərgi Azərbaycanın zəngin mədəni müxtəlifliyini nümayiş etdirərək ölkədə müxtəlif icmalar arasında mövcud olan uzunmüddətli tolerantlıq, qarşılıqlı hörmət və dinc yanaşı yaşama ənənələrini vurğuladı.
Tədbir nüfuzlu qonaqlara Azərbaycanın multikultural irsi ilə tanış olmaq imkanı yaratdı. Sərgidə təqdim olunan təsirli foto əsərlər ölkənin mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmaya sadiqliyini əks etdirdi.