Səfir Vaqif Sadıqovun Belçika Senatının rəhbəri Valérie De Beu ilə görüşü
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov yanvarın 21-də Belçika Senatının rəhbəri Valérie De Beu ilə görüşdə Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə həmçinin qlobal və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.