“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 mart 2026

Səfirlikdə Université libre de Bruxelles (ULB) universitetinin tələbələri ilə görüş keçirilib

"Universite libre de Bruxelles" universitetinin Diplomatik Komitə adlı tələbə assosiasiyasının üzvləri Səfirliyi ziyarət edərək, 

onlara Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və xarici siyasət prioritetləri barədə ümumi məlumat təqdim olunub.

 

Görüş zamanı tələbələrə Azərbaycanın zəngin tarixi irsi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi və multikultural ənənələri haqqında qısa təqdimat edilib. Eyni zamanda, Azərbaycanın xarici siyasət prinsipləri, o cümlədən regional əməkdaşlıq, enerji və nəqliyyat bağlantıları, eləcə də Orta Dəhliz kimi təşəbbüslərdə rolu diqqətə çatdırılıb.

 

Səfər regional proseslər və beynəlxalq məsələlər ətrafında konstruktiv dialoq və fikir mübadiləsi üçün əlverişli imkan yaradıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti