“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 may 2021

Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

On beş maddədən ibarət Qanuna əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

 

https://azertag.az/xeber/Milli_Meclis_Azerbaycanin_medeniyyet_paytaxti___Susa_seheri_haqqinda_qanun_layihesini_tesdiqleyib-1794247

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti