Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!
Səyyar Konsulluq Xidməti
Lüksemburq şəhəri, 4 may 2026-cı il
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi tərəfindən Lüksemburq şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq qəbulu çərçivəsində aşağıdakı xidmətlər göstəriləcəkdir:
Səfirlikdə olan ümumvətəndaş pasportlarının təhvil verilməsi
Arayışların verilməsi
Sorğu və ərizələrin qəbulu
Konsulluq-hüquq sahəsində məsləhətlərin verilməsi
Müraciət etmək istəyən vətəndaşlardan aşağıdakı email ünvanına
28.04.2026-cı il tarixinədək müraciət etmələri və müraciətin səbəbini qeyd etmələri xahiş olunur: