“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 avqust 2025

Formula 1 Bakı 2025 – Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün sadələşdirilmiş viza rejimi

2025-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli Sərəncamı  -  https://president.az/az/articles/view/69955

 

2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

  3. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet (o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd);

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti