“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2018

2021-ci ilədək Avropa İttifaqının Azərbaycana investisiyalarının həcmi 30 milyard dollara çata bilər

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan və Aİ ölkələri arasındakı iqtisadi münasibətlər biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı fürsətdir. Biz elə bir sxem qurmalıyıq ki, 2021-ci ilədək Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyaların həcmi 30 milyard dollara çata bilsin.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə baş direktoratı, Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit iyunun 5-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər strateji tərəfdaşlıq mövqeyindədir. Avropa İttifaqı ölkələrinin Azərbaycan üçün çağırışları var. Bunlardan biri yeni müasir texnologiyalar və innovasiyalardan istifadəyə aiddir. Digəri isə investisiyaların əhəmiyyətidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti