“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 mart 2018

Belçikada azərbaycanlıların soyqırımına həsr olunmuş film nümayiş etdirilib

Brüssel, 31 mart, AZƏRTAC

Martın 27-də və 29-da geniş tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramı çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Kanal tərəfindən ərsəyə gətirilən filmdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələr haqqında geniş söhbət açılır, deputat Cavanşir Feyziyevin, Milli Məclis Aparatının əməkdaşı Babək Ağayevin, eləcə də Milli QHT Forumunun Quba Regional Mərkəzinin direktoru Ey0a Xeyrullayevin müsahibələrinə yer verilir. Tamaşaçılar, həmçinin erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumatlandırılıblar.

Kanal tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını nəzərdə tutan silsilə sənədli filmlərin istehsalının və nümayişinin davam etdirilməsi planlaşdırılır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti