“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2026

Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Brüssel şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evi, Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları və tələbələr iştirak ediblər.

 

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Səfirliyin birinci katibi Emin Rüstəmov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən unudulmamasının vacibliyini vurğulayıb, həmçinin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyini, Xocalının da tam azad edildiyni və bununla tarixi ədalətin bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev və BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış edərək, Xocalı soyqırımının insanlıq tarixində unudulmaz bir səhifə olduğunu deyərək, Xocalı qurbanlarının xatirəsinin yad edilməsinin önəmini vurğulayıb, beynəlxalq birliyin belə faciənin təkrarlanmaması üçün birgə səylər göstərməsinin zəruriliyini qeyd ediblər.

Tədbirdə “Xocalı nişanəsi” sənədli filmi və pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin “Xocalıya” əsərinin videoklipi nümayiş etdirilib.

 

İştirakçılar soyqırımının bütün ağrılarını hiss etdirən fotosərgi ilə də tanış olublar.

 

Mənbə: AZERTAC 

Paylaş

Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti