“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2025

Brüsseldə Azərbaycanın Zəfər günü qeyd edilib

Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Azərbaycanın Belçikadakı səfirliyində tədbir keçirilib.

 

Xarici ölkələrin səfirliklərinin əməkdaşları, diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri və digər qonaqların iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Tədbirin açılışında çıxış edən səfir Vaqif Sadıqov, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsindən, hərbçilərimizin göstərdikləri şücaətlərdən, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində əldə etdiyi tarixi nailiyyətlərdən danışıblar.

 

Tədbir zamanı Vətən müharibəsinə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti