“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

Brüssel şəhərində keçirilmiş 6-cı Avropa İttifaqı–Azərbaycan Təhlükəsizlik Dialoqu üzrə Birgə Mətbuat Açıqlaması

22 may tarixində Avropa İttifaqı və Azərbaycan Brüsseldə altıncı Təhlükəsizlik Dialoqu görüşünü keçirdilər.

Görüş iştirakçıları Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici siyasət və təhlükəsizlik məsələləri üzrə açıq və konstruktiv fikir mübadiləsi apardılar. Onlar ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanması istiqamətində tərəflərin ortaq maraqlarını nümayiş etdirən son yüksək səviyyəli təmasları alqışladılar.

Avropa İttifaqı və Azərbaycan xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəldilər. Eyni zamanda, enerji və nəqliyyat bağlantıları sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialı da müzakirə edildi. Aİ regional əməkdaşlığın vacib rolunu vurğuladı. Azərbaycan isə Aİ-nin onun ən böyük ticarət tərəfdaşı olduğunu qeyd etdi. Aİ Azərbaycanın etibarlı qaz təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini önə çəkdi. Tərəflər, həmçinin Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə mənalı işin vacibliyini vurğuladılar. COP29-a ev sahibliyi edən Azərbaycan bərpa olunan enerjinin artırılması üzrə öhdəliklərini və ambisiyalarını bir daha bəyan etdi.

Azərbaycan, Aİ-nin mina təmizləmə səylərinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Aİ isə bərpa işlərinə töhfə verə biləcək Avropa alətlərindən istifadə imkanlarını araşdırmağa hazır olduğunu bildirdi. Azərbaycan, Avropa Sülh Mexanizminə rəsmi müraciətini bir daha təsdiqlədi.

Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində növbəti addımlar barədə müzakirələr apardılar.

Görüşə Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skooq və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev sədrlik etdilər.

https://www.eeas.europa.eu/eeas/azerbaijan-joint-press-release-6th-eu-azerbaijan-security-dialogue-brussels_en

Paylaş

Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti