Belçikanın nüfuzlu nəşrlərindən biri olan "The Brussels Times" jurnalında Azərbaycan haqqında məqalə yayımlanıb.
Belçikanın nüfuzlu nəşrlərindən biri olan "The Brussels Times" jurnalında Azərbaycan haqqında məqalə yayımlanıb.
“Azərbaycanın Yaşıl Enerjiyə Keçidi: Neft Nəhəngindən Avropanın Dayanıqlı Enerji Mərkəzinə” adlı məqalədə Azərbaycanın yaşıl enerji sahəsində atdığı tarixi addımlar və dayanıqlı gələcəyə doğru strateji dönüşü ön plana çıxarılır. Bildirilir ki, Azərbaycan 2025-ci ilin avqustunda keçirilmiş Vaşinqton Sammitində əldə olunan tarixi razılaşma ilə regionda sülh və əlaqəliliyin gücləndirilməsində mühüm rol oynamışdır.
Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu oynaması da vurğulanır.
Qaradağ Günəş Elektrik Stansiyası (230 MVt gücündə) kimi iri həcmli layihələr və yeni külək enerjisi dəhlizləri ölkənin yaşıl enerji potensialının reallaşdırılmasında mühüm yer tutur. Ölkə 2030-cu ilə qədər elektrik enerjisinin 35.5 faizini bərpa olunan enerji mənbələri hesabına istehsal etməyi qarşıya məqsəd qoyub.
Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunur. Bu təşəbbüslər Azərbaycanın innovasiya, dayanıqlılıq və regional sabitlik sahələrində artan liderliyini bir daha təsdiqləyir.
“The Brussels Times” jurnalında dərc olunan məqalə ilə bu linkə keçid etməklə tanış olmaq olar.