“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2025

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib

Belçikanın Brüssel şəhərində Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun növbəti iclasında Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiya Respublikasının Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. Avropa Komissiyası və Slovakiya Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıb. Həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun da iştirak etdiyi tədbirdə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Nazir müavini Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edərək  Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa ölkəmizin töhfə verməyə hazır olduğunu bildirib. İclasda bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Səfər çərçivəsində Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq, Mərkəzi Asiyadan “yaşıl enerji” tranziti də daxil olmaqla Avropaya bərpa olunan enerjinin müxtəlif marşrutlarla tədarükü məsələsi müzakirə olunub.

https://minenergy.gov.az/az/xeberler-arxivi/00479

Paylaş

Konsulluq xidməti və viza
FIFA U-15 üzrə ilk dünya çempionatı və festivalı üçün viza prosedurları 2026 Formula 1 Qran Pri yarışı üçün viza prosedurları Əlaqə və qəbul günləri Elektron Növbə Portalı Viza üçün tələb olunan sənədlər Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Miqrasiya qaydaları Viza almaq üçün ərizə-anket portalı Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Yüksəkixtisaslı Miqrant Proqramı Viza Dövlət rüsumu Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Notariat hərəkətləri Nikahın Bağlanmasının Qeydə Alınması Nikahın Pozulmasının Qeydə Alınması Atalığın Müəyyən Edilməsinin Qeydə Alınması Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi Soyad Sonluğunun Dəyişdirilməsi Ölümün Qeydə Alınması Subaylıq haqqında arayışın alınması Məhkumluq haqqında arayışın verilməsi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi Belçikaya səyahət edənlərin nəzərinə Lüksemburqa səyahət edənlərin nəzərinə
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti