“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 oktyabr 2025

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin gələcək perspektivlərini müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak edib.

Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələləri müzakirə edilib.

Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

https://mincom.gov.az/az/media/xeberler/nazir-resad-nebiyev-azerbaycan-ve-avropa-ittifaqi-arasinda-yuksek-seviyyeli-neqliyyat-dialoqunun-ikinci-iclasinda-istirak-edib

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti