“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 mart 2018

Avropa İttifaqının Regionlar Komitəsində “Women in Art for Peace” adlı beynalxalq sərgi keçirilmişdir.

Qeyd olunan sərgi münaqişəyə cəlb edilmiş və dünya miqyasında sülhü təşviq edən ölkələrdən olan aparıcı qadın rəssamların silsilə sərgiləri vasitəsilə qadınların sülh quruculuğu və sülhün qorunmasında iştirakının vacibliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldirməsi məqsədilə təşkil edilmişdir.

Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, Avropa İttifaqı təsisatlarının və Avropa İttifaqı yanında akkreditə olunmuş diplomatiknümayəndəliklərin təmsilçiləri iştirak etmişlər.

Sərgidə ölkəmizi rəssam Cəmilə Səttar (Djemma Sattar) “Sükut” adlı rəsm əsəri ilə təmsil etmişdir. Bu əsər ziyarətcilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti