“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2022

Antverpen şəhərində “Belçika: Avropadakı enerji mərkəziniz” adlı konfrans keçirilib

Belçika Baş nazirinin Administrasiyasının təşkilatçılığı ilə Antverpen şəhərində “Belçika: Avropadakı enerji mərkəziniz” adlı konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Belçika Baş naziri Aleksandr De Kro tərəfindən ölkəsinin yenilənmiş hidrogen strategiyası təqdim olunub.

Konfransda Belçikanın energetika naziri, elmi inkişaf üzrə Belçika dövlət katibi, Belçikanın Hidrogen Şurasının direktoru, “Fluxys” və “Solvay” şirkətlərinin icraçı direktorları, bir çox enerji sahəsində ixtisaslaşmış şirkət rəhbərləri, Avropa Komissiyasının enerji direktorluğunun direktor müavini, bir sıra səfirlər, o cümlədən Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov və səfirliyin əməkdaşı Ramin Qasımov dəvətli qismində iştirak edib.

Tədbirdən sonra təşkil olunmuş qəbulda Azərbaycan nümayəndə heyəti tərəfindən Belçikanın Baş naziri, energetika naziri, Avropa Komissiyasının enerji direktorluğunun direktor müavini, Hidrogen Şurasının direktoru və “Fluxys” şirkətinin icraçı direktoru ilə keçirilmiş söhbətlər zamanı Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər, ölkəmizin “yaşıl enerji” və hidrogen istehsalı potensialı ilə bağlı məlumat verilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti