Səfirlikdə Antverpen MUN təşkilatının üzvlərilə görüş keçirilib
Belçikanın Antverpen Universitetinin nəzdində fəaliyyət göstərən “AntwerpMUN (Antwerp Model United Nations)” təşkilatının təşəbbüsü ilə adıçəkilən təşkilatın bir qrup üzvü Səfirliyi ziyarət etmiş, ziyarət çərçivəsində onlara Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və xarici siyasət prioritetləri barədə ətraflı məlumat verilmişdir.
Görüş zamanı tələbələrə Azərbaycan haqqında, xüsusilə də ölkəmizin zəngin tarixi irsi, multikultural ənənələri, strateji mövqeyi, həmçinin Azərbaycanın xarici siyasət prioritetləri, regional və beynəlxalq əməkdaşlıq istiqamətləri və s. mövzularda təqdimat edilib, Azərbaycan-Belçika, Azərbaycan-Aİ arasında münasibətlər haqqında məlumat verilib. Daha sonra qonaqlara Azərbaycan haqqında videosüjet təqdim olunub.