“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 yanvar 2024

2024-cü il 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır

Bildiyiniz kimi, 2024-cü il 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir. Bununla bağlı, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır.

Səsvermə 2024-cü il 7 fevral tarixində, saat 8:00-dan 19:00-dək Brüssel şəhəri, Avenue de Tervueren 282 ünvanında yerləşən Səfirliyimizin binasında keçiriləcəkdir.

Səsvermə zamanı 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümümvətəndaş pasportu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti