“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 sentyabr 2016

2016-cı il 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Səfirliyində seçki məntəqəsi yaradılacaqdır. Səsvermə saat 8.00-dan axşam 19.00-a qədər davam edəcəkdir.

Ümumxalq səsverməsi (referendum) ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində əldə edilə bilər: http://www.msk.gov.az/az/referendum/.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti