2020-04-01
DİQQƏT!!! BELÇİKA KRALLIĞINDA VƏ LÜKSEMBURQ BÖYÜK HERSOQLUĞUNDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARINN NƏZƏRİNƏ!

KONSULLUQ QEYDİYYATI

Əziz Həmvətənlərimiz,

Bildiyiniz kimi dünyada yayılmaqda davam edən yeni tip koronavirus (COVİD-19)-un əhatə dairəsi təəssüflər olsun ki, hər gün daha da genişlənməkdədir. Vətəndaşlarıımızdan Ümumdünya Səhiyyə Təşkilatının (WHO) və  Belçika Kralıığının Milli Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar tələb olunan ümumi qaydalarına  ciddi riayət etmələrini xahiş edirik.

Həmçinin məsələnin ciddiyətini nəzərə alaraq Belçika Krallıqda və Lüksemburq Böyük Hersoqluğunda yaşayan bütün Azərbaycan Respublikası vətəndaşlarını təcili olaraq KONSULLUQ QEYDİYYATINDAN  keçmələrinin vacib olduğunu bildiririk.

Konsulluq qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur.

Ərizə anket  (tam şəkildə və aydın doldurulmasına diqqət edin)

Etibarlı Azərbaycan Respublikası pasportu

Belçikada/Lüksemburqda qalma əsasını təsdiq edən sənəd –  visa, İD card və s.

Qeyd olunan sənədləri poçt vasitəsi ilə və ya e-mail mailto:consul@azembassy.be) vasitəsi ilə müraciət edə bilərsiniz.

Qeyd edək ki, gələcəkdə xüsusi tədbirləin görülməsinə zərurət yaranarsa, bu müddət ərzində konsulluq qeydiyyatına düşmüş şəxslər öncəlik sahibi olacaqdır.

 

Hörmətlə,

Azərbaycan Respublikasının Belçika Krallığındakı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi.

əvvəlki xəbər