2021-01-08
“YAŞAT” Fondu

Azərbaycan Respublikası Prezidentinin  8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasınıərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT Fondu) yaradılmışdır. 

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir.

növbəti xəbər əvvəlki xəbər