2020-12-12
465/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünə dair məlumatı

12 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra Həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.

No:465/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünə dair məlumatı (mfa.gov.az)

növbəti xəbər əvvəlki xəbər