2020-10-24
378/20, AR XİN Mətbuat Xidməti idarəsinin nazir Ceyhun Bayramovun Vaşınqtonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünə dair məlumatı

Vaşinqtona səfəri çərçivəsində 23 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Görüşdə Nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur. Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

növbəti xəbər əvvəlki xəbər