2020-07-31
Qurban bayramı münasibətilə təbrik

Hörmətli həmvətənlər,


Sizi Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi və Avropa İttiqaqı yanında Nümayəndəliyinin adından mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik.
Hər birinizə ən xoş arzularımızı çatdırır, Vətənimizin çiçəklənməsi və rifahı naminə hər zaman həmrəy olmağımızı diləyirik.
Həmçinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edirik.

növbəti xəbər əvvəlki xəbər