2020-05-28
Lüksemburqda Respublika Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb

Lüksemburq, 28 may, AZƏRTAC

Lüksemburqun mərkəzində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə Lüksemburq şəhərinin ən böyük prospekti “Boulevard Royal”da yerləşən 5 ulduz “Hotel Royal”ın qarşısında Respublika Günü münasibətilə üçrəngli bayrağımız ucaldılıb.

Məşhur “Hotel Royal” ilə aparılan danışıqların nəticəsində bu ildən başlayaraq hər il mayın 28-də hotelin qarşısında milli bayramımız münasibətilə Azərbaycan bayrağı dalğalanacaq.

lux bayraq

növbəti xəbər əvvəlki xəbər