2018-04-02

Azərbaycan Respublikası Prezidentinin seçkiləri

2018-ci il 11 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçiriləcəkdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Səfirliyində seçki məntəqəsi yaradılacaqdır. Səsvermə saat 8.00-dan 19.00-a qədər davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən əldə edilə bilər.

Arxiv üzrə axtarış