Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır. Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur.
Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi siyahıya əsasən xüsusilə COVİD-19 virusunun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVİD-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaqdır. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil olunacaqdır.
Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin, əcnəbi ölkə vətəndaşları COVİD-19 testindən keçirilə bilər.
Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan Respublikası vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.
Bütün vətəndaşlardan COVİD-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.
Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur.
Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
***
“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçiriləcəkdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir.
Elektron viza veriləcək olkələrin siyahısı
Amerika Birləşmiş Ştatları
Albaniya Respublikası
Almaniya Federativ Respublikası
Andorra Knyazlığı
Argentjna Respublikası
Avstraliya Ittifaqı
Avstriya Respublikası
Belçika Krallığı
Birləşrbiş Ərəb Əmirlikləri
Bəhreyn Krallığı
Bolqarıstan Respublikası
Bosniya və Herseqovina
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Braziliya Federativ Respublikası
Bruney-Darussalam
Cənub Afrika Respublikası
Çex Respublikası
Çili Respublikası
Çin Xaq Respublikası
Danimarka Krallığı
Estoniya Respublikası
Əlcəzair Xalq Demokratik Respublikası
Finlandiya Respublikası
Fransa Respublikası
Hindistan Respublikası
Xorvtia Respublikası
İndoneziya Respublikası
İordaniya Haşimilər Krallığı
İran İslam Respublikası
İrlandiya
İslandiya Respublikası
İspaniya Krallığı
İsrail Dövləti
İsveç Krallığı
İsveçrə Konfederasiyası
İtaliya Respublikası
Kanada
Kipr Respublikası
Когеуа Respublikası
Kosta-Rika Respublikası
Kuba Riespublikası
Küveyt
Qətər Dövləti
Qvatemala Respublikası
Latviya Respublikası
Litva Rbspublikası
Lixtenşteyn Knyazlığı
Lüksemburq Böyük Hersoqluğu
Macarıstan
Makedoniya Respublikasi
Malayziya
Malta Respublikasi
Meksika Birləşmiş Ştatları
Mərakeş Krallığı
Monako Knyazlığı
Monteneqro
Monqolustan
Nepal federativ Demokratik Respublikasi
Niderland Krallığı
Norveç Krallığı
Oman Sultanlığı
Pakistan İslam Respublikasi
Panama Respublikasi
Polşa Respublikasi
Portuqaliya Respublikasi
Rumuniya
San Marino Respublikasi
Serbiya Respublikasi
Səudiyyə Ərəbistanı Krallığı
Sinqapur Respublikasi
Slovakiya Respublikasi
Sloveniya Respublikasi
Şri Lanka Demokratik Sosialist Respublikasi
Tailand Krallığı
Turkiyə Respublikasi
Türkmənistan
Muqəddəs Taxt-Tac (Vatikan)
Vyetnatam Sosialist Respublikasi
Yaponiya
Yeni Zelandiya
Yunanıstan Respublikasi