Belçikanın “The Brussels Times” nəşrində Azərbaycan ilboyu turizm məkanı kimi işıqlandırılıb
Nüfuzlu The Brussels Times nəşri Azərbaycanın ilboyu səyahət istiqaməti kimi artan cəlbediciliyinə həsr olunmuş məqalə dərc edib.
“From mountain snow to moonlike landscapes: Why Azerbaijan deserves a place on your travel radar” adlı məqalədə Azərbaycanın zəngin tarixi irsi ilə müasir inkişafının unikal vəhdəti geniş şəkildə təqdim olunur. Yazıda paytaxt Bakı şəhərinin qədim simvolu olan İçərişəhər (UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib), şəhərin müasir memarlıq incilərindən Alov Qüllələri və dünya şöhrətli memarlıq nümunəsi Heydər Əliyev Mərkəzi xüsusi vurğulanır
Eyni zamanda, məqalədə Azərbaycanın rəngarəng təbiəti və dörd fəsil üzrə turizm imkanları diqqətə çatdırılır. Qış turizmi istiqamətində isə beynəlxalq səviyyəli infrastruktur və xidmətlərə malik Şahdağ Dağ Kurortu ölkəmizin aparıcı mərkəzlərindən biri kimi təqdim edilir.
Sadələşdirilmiş elektron viza sistemi, eləcə də Avropanın əsas şəhərlərindən birbaşa uçuşların mövcudluğu Azərbaycanın əlçatan, dinamik və zəngin mədəni irsə malik turizm istiqaməti kimi mövqeyini daha da gücləndirir.
Məqalə ilə The Brussels Times jurnalının 2026-cı ilin fevral–mart buraxılışında tanış ola bilərsiniz: