2024-05-07

FireLand Azərbaycanlılar Birliyi mayın 5-də Brüssel şəhərində Tervueren və Etterbeek bələdiyyələrinin təşkil etdiyi festivalda iştirak edib

FireLand Azərbaycanlılar Birliyi, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə mayın 5-də Brüssel şəhərində Tervueren və Etterbeek bələdiyyələrinin təşkil etdiyi festival iştirak edib.


Milli yeməklərin, milli mədəniyyət və incəsənətə aid olan kitab və broşurların, o cümlədən kəlağayı və digər milli aksesuarların yer aldığı stend yüzlərlə qonağın marağına səbəb olmuşdur.

Ən çox diqqət çəkən stendlərdən biri olan Azərbaycan stendində qonaqlara müxtəlif dillərdə Azərbaycan haqqında məlumatlar verilmişdir.


Festivalda iştirak edən bir çox yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarından dadaraq , ölkəmizlə  bağlı suallar ünvanlamışlar.


Gün ərzində davam edən festivalda "FireLand" rəqs qrupları bir neçə dəfə rəqs nömrələri ilə festivalda iştirak edən qonaqların  marağına səbəb olmuşlar.


Uşaqların rəqslərini izləyən qonaqlar Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmiz barədə geniş məlumat əldə etmək imkanı qazanıblar.

 

https://brussels.mfa.gov.az/files/shares/FireLand rəqs qrupu.mp4

 

 

 

Arxiv üzrə axtarış