2021-02-26

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Belçikada anılıb

2021-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Belçika Krallığının Vaterlo şəhərində Qarabağ şahzadəsi Xurşudbanu Natəvanın abidəsinin önündə anım mərasimi təşkil olunmuşdur.

Mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları və Belçikadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan arasındakı müharibədən və bu müharibənin ən ağrılı hadisələrindən olan Xocalı qətliamından söz açmışdır.

Xocalı qurbanlarının əziz xatirəsini artıq qalib xalqın nümayəndələri kimi yad etdiyimizi bildirən səfir Fuad İsgəndərov Azərbaycanın artıq öz ərazi bütövlüyünü bərpa etdiyini və bunun da bütün şəhidlərimizin ruhunu şad etdiyini qeyd etmişdir.

Sonra Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Natəvanın abidəsinin önünə əklil qoyulmuşdur.

 

Arxiv üzrə axtarış