COVID-19

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 sentyabr tarixli 251 Nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətənin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması iə bağlı tədbirlər barədə” AR Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilmişdir.

Belə ki, 151 nömrəli Qərara əlavə edilmiş 2.5-6-cı bəndə əsasən 2021-ci il 6 sentyabr tarixindən Çin Xalq Respublikası, Estoniya Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Xorvatiya Respublikası, İslandiya Respublikası, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Malayziya, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Çin Xalq Respublikasının xüsusi inzibati ərazisi olan Honq-Konq vətəndaşlarının ve həmin ölkələrdə (Honq-Konq-- ÇXR-in xüsusi inzibati ərazisi kimi) daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir.

Bununla da, vətəndaşlarına və burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-cıxışına icazə verilmiş ölkələrin sayı yuxarıeda qeyd olunanlar (Honq-Konq—ÇXR-ən xüsusi inzibati ərazisi kimi) , eləcə də AR Nazirlər Kabinetinin 151, 173, 177, 231 nömrəli Qərarlarında sadalananlar (ABŞ , B.Britaniya,  Macaristan, İsrail,  BƏƏ,  Bahreyn, Qətər, Rusiya, Türkiyə, AFR, Avstriya, Belçika, Çcexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburg, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanistan) ilə birlikdə umumilikdə 42-yə çatmışdır.

Azərbaycan RespublikasıNazirlər Kabinetinin 151 Nömrəli Qərarının 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin müddəaları:

2.5-1.1.-ci bənd:

  • yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.5-1.3-cü bənd:

  • bu Qərarın 2.5-1-ci bəndində nəzərdə tutulan şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

 

Arxiv üzrə axtarış