2020-02-06
"ADA" Universiteti 2020-2021-ci tədris ili üçün bakalavr və magistratura proqramlarına tələbə qəbuluna başlamışdır

"ADA" Universiteti 2020-2021-ci tədris ili üçün bakalavr və magistratura proqramlarına tələbə qəbuluna başlamışdır!

International Admission Flyer_ADA

Universitetdə təhsil yerli və xarici professorlar tərəfindən ingilis dilində aparılır və hal-hazirda azərbaycanlı tələbələrlə yanaşı 43 müxtəlif ölkədən olan xarici tələbələr 
də təhsil alır.

ADA Universiteti xarici tələbələrə Əlimərdan bəy Topçubaşov adına təqaüdü təklif edir. Təhsil haqqını tam qarşılayan bu təqaüd ən yaxşı akademik göstəricilərə malik tələbələrə təqdim olunur.
Təqaüdə müraciət üçün son tarix 5 aprel, 2020-ci ildir.

Daha ətraflı məlumatı www.ada.edu.az veb səhifəsindən əldə edə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər