2020-03-10
Azərbaycan Respublikasının Belçika Krallığında Səfirliyinin mətbuata açıqlaması

10 mart 2020-ci il tarixində, yerli vaxtla saat 11.00-da Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin təşkilatçılığı ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

Səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır. Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaqdır.

növbəti xəbər əvvəlki xəbər