2017-06-30
Azərbaycan rəssamları Lüksemburqda sənətsevərlər üçün ustad dərsləri keçiblər

Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov və Tatyana Kesar Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında yerli sənətsevərlər üçün ustad dərsləri keçiblər.

Tədbir “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının Lüksemburqda açılışı həyata keçirilən “Azərbaycan – tolerantlıq diyarı” adlı sərgisinin davamı olaraq keçirilib. Sərgi Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Azərbaycan Hava Yollarının dəstəyi ilə gerçəkləşib.

Rəssamlarımız tərəfindən təşkil edilmiş dərslər yerli sənətsevərlərin böyük diqqət və marağına səbəb olub.

   

növbəti xəbər əvvəlki xəbər

 

bakushop