2017-06-16
Səfir Fuad İsgəndərovun Lüksemburqun AGEFİ qəzetində "Multikulturalizmin Azərbaycan modeli" adlı məqaləsi dərc edilib

Multikulturalizmin Azərbaycan modeli 

Bu gün Azərbaycan və Lüksemburq arasında siyasi, iqtisadi və humanitar sahələrdə çox sıx əməkdaşlıq mövcuddur. Bu iki dövləti birləşdirən vacib xüsusiyyətlərdən biri də onların mədəni və dini müxtəlifliyidir. 170-ə yaxin millətin nümayəndəsinin sülh və əminamanlıq şəraitində yaşadığı Lüksemburq çoxmədəniyyətli cəmiyyətin ən parlaq nümunəsidir. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan dözümlülük və multikulturalizmin bir digər uğurlu modelidir.

Bu gün, dünyada mədəniyyətlərarsı və dinlərarası dialoqun təşviq edilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu siyasətin həyata keçirilməsində Azərbaycan Şərq və Qərb, Şimal və Cənubun kəsişməsində yerləşən, müxtəlif mədəniyyətlər və sivilizasiyaların görüşdüyü unikal və xüsusi məkan olaraq, öz dünyəvi multikulturalizm ənənələrinə güvənir.

İslam, Yəhudilik və Xristianlıq ölkədə müxtəlif tarixi dövrlərdə yayılmışdır və bu müxtəliflik spesifik dini və mədəni həyat mühitinin formalaşmasına imkan vermişdir. Azərbaycan dünyada ilk xristian məskələnlərinin yerləşdiyi ölkələrdəndir ki, xristian əhalisi əsrlər boyu Azərbaycan tarixinin yaranmasına tövhə vermişdir. Bu gün bu xrsitian əhali Azərbaycan cəmiyyəti və mədəniyyətinin vacib və dinamik hissəsini təşkil edir.

Xristian və Müsəlman əhali ilə birgə yaşayan Yəhudi əhali də Azərbaycanda iki min ildən daha qədim ənənələrə malikdir. Əsrlər boyu digər qonşu regionlarda təqib olunan yəhudilər Azərbaycanda təhlükəsiz sığınacaq tapıb. 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqillik əldə etmiş və Müsəlman Şərqində ilk parlamentli respublika qurub. Ölkənin etnik və dini azlıqları parlamentdə müvafiq yerlərlə təmsil olunub.

23 ay davam etmiş bu ilk müstəqilliyin müsbət təcrübəsinə əsaslanan Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra ölkədə mədəniyyətlərarası və dinlərarası anlaşmanı qoruyub saxlamağa yönəlmiş siyasət həyata keçirməyə başlamış və müxtəlifliyə əsaslanan harmoniyanı təmin etməyə müvəffəq olub.

Bu tarixi müxtəlifliyi daha yaxşı tanıtmaq üçün bu yaxınlarda Lüksemburqda təqdimatı təşkil edilmiş Qurban Səidin romanı əsasında çəkilmiş “Əli və Nino” filmi XX əsrin əvvəllərində azərbaycanlı müsəlman gənclə gürcü xristian qızın məhəbbət hekayəsindən bəhs edir. Bu filmin Lüksemburq ictimaiyyətində maraqla qarşılanmasından çox məmnun olduq.

Qeyd etmək istəyirəm ki, 2016-cı ilin oktyabrında Azərbaycana səfəri zamanı Roma Papası Fransiskin “Azərbaycanda bütün dinlərdən olan insanlar bir ailə kimi dostluq mühitində yaşayırlar”, - ifadəsi təqdirəlayiqdir. Avropanın yaxın qonşuluğunda ehtiyac duyulan bu uğurlu multiculturalizm modeli çox əhəmiyyətlidir.

Artan dözümsüzlük, diskriminasiya, din və etiqada əsaslanan zorakılıqla xarakterizə olunan bu günkü dünyada dözümlülüyün təşviqi, davamlı sülh, sabitlik və inkişaf üçün mədəniyyətlərarası və dinlərarası dialoq vacib vasitə təşkil edir. 

Bu xüsusda Asiya və Avropanın kəsişməsində yerləşən, Avropa təsisatları, eləcə də İslam təşkilatlarında təmsil olunan Azərbaycan müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamaq üçün əlverişli mövqeyə malikdir. Çoxmədəniyyətlilik təcrübəsi və tarixi irsindən istifadə etməklə Azərbaycan sivilizasiyalar arasında etimadın qurulmasına töhfə vermək istiqamətində öz qətiyyətini konkret addımlarla sübut edib. 

Bu xüsusda Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq etmək üçün 2008-ci ildə “Bakı Prosesi”nin əsasını qoymuşdur. Bu mexanizm müxtəlif qitələrdə yaşayan, müxtəlif etnik, mədəni, dini və dil kökləri olan qruplar və fərdlər arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan fikir mübadiləsi platformasıdır.

Bu proses çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir Azərbaycan tərəfindən YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO kimi təşkilatlarala əməkdaşlıq edilərək Ümumdünya mədəniyyətlərarası dialoq Forumu təşkil edilir. 

Sonuncu Forum 5-6 may tarixlərində Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilmişdir. Forumda insanları, ölkə və beynəlxalq təşkilatları müxtəliflik, millətlər arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün konkret addımlar atmağa təşviq edən qərarvericilər toplaşıb. 

Bakıda 2016-cı ildə keçirilmiş “İnklüziv cəmiyyətlərdə birgəyaşama” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunları, 2017-ci ildə təşkil olunmuş İslam Həmrəyliyi Oyunları Azərbaycanın Sivilizasiyalar arasında körpü rolunu oynamaq məqsədilə qlobal yanaşmasının digər elemetləridir.

Biz mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə dünyanı daha təhlükəsiz etmək üçün beynəlxalq səylərə töhfə vermək istiqamətində siyasətimizi davam etdirməkdə qərarlıyıq və bu sahədə Lüksemburqla əməkdaşlığımızın böyük potensialı olduğuna əminik. 

növbəti xəbər əvvəlki xəbər